Azərbaycanda kran suyu içməli deyil? » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:23 ABŞ-nin 47-ci Prezidenti seçilən Donald Trampın andiçmə mərasimi başlayıb  |     19:06 62 yaşlı kişi itinə görə elektron qolbaqda gəzəcək  |     18:59 Trampın andiçməsində zibil maşını… - FOTO  |     18:50 Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa etdi  |     18:40 Putin: Rusiya ABŞ-ın yeni Administrasiyası ilə Ukrayna münaqişəsinə dair dialoqa açıqdır  |     18:32 Gənc ailələr buna görə dağılır  |     18:24 Putin Trampı ABŞ Prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib  |     18:18 Kürdəmirdə 66 yaşlı kişi cərəyan vurması nəticəsində ölüb  |     18:09 Trampın andiçmə mərasimində Brüsseli Aİ-nin ABŞ-dəki səfiri təmsil edəcək  |     18:03 Bakıda gənc ana itkin düşdü  |     17:52 İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərli ölkəmizə qaytarılıb - RƏSMİ  |     17:14 Rusiya ordusu daha bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb  |     17:01 Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS EDİLDİ  |     16:27 Tofiq Musayevin çıxış edəcəyi yeni turnir bəlli olub  |     16:11 Yanvarın 20-si Kubada matəm günü elan edildi  |     15:28 Azərbaycan millisinin sabiq çalışdırıcısının komandası İngiltərə Kubokunun qalibi oldu  |     14:56 Bakıda tikiləcək 10 yeni metro stansiyasının konseptual yerləri artıq bəllidir  |     14:45 Xocalı və Xankəndidə sükut anı: 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi  |     14:30 Özbəkistandan Rusiyaya uçan sərnişin təyyarəsi PUA hücumu ilə əlaqədar istiqamətini dəyişib  |     14:09 Gürcüstanda son bir neçə gündə "Donuz qripi"ndən ölüm halları qeydə alınıb  |    

Azərbaycanda kran suyu içməli deyil?

Ötən gün ABŞ Səhiyyə Nazirliyinin tabeliyində olan federal agentlik kran suyunun təhlükəli olduğu ölkələrin siyahısını dərc edib. Siyahıya Azərbaycan da daxil edilib.

Oxu.az məsələ ilə bağlı aidiyyəti qurumun mövqeyini öyrənib.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı saytımıza açıqlamasında deyib ki, əhaliyə verilən içməli suyun heç bir təhlükəsi yoxdur:

“Bizim əhaliyə verdiyimiz su standartlara tam uyğundur və içməyə yararlıdır”.

Daha əvvəl isə ölkənin təsərrüfat-içməli su təchizatı sistemlərinə nəzarət məqsədilə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında da araşdırmalar aparıldığına dair məlumat yayılmışdı.

Nəticələrə görə isə içməli suyun tərkibində olan bütün göstəricilər norma daxilində və təhlükəsizdir.

Qeyd edək ki, dünya mətbuatında yayımlanan araşdırma nəticələrində Estoniya istisna olmaqla, Azərbaycan, Türkiyə, İran, Rusiya və bütün postsovet ölkələrində kran suyunun çirkliliyi göstərilməyib, sadəcə bu suların içməli olmadığı qeyd edilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 087 09.03.19 13:51