Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ölkə ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilir.
Xanım sürücülər ilə maarifləndirici söhbətlər aparılır və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən hədiyyələr təqdim olunur. Bu cür tədbirləri alqışlayan xanım sürücülər yol polisinə göstərdiyi diqqətə görə təşəkkür edirlər və onlarda xoş təəssürat oyadır. Tədbirlər gün ərzində davam etdiriləcək.