Vətəndaşların CV-lərini zibilliyə atıblar » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:23 ABŞ-nin 47-ci Prezidenti seçilən Donald Trampın andiçmə mərasimi başlayıb  |     19:06 62 yaşlı kişi itinə görə elektron qolbaqda gəzəcək  |     18:59 Trampın andiçməsində zibil maşını… - FOTO  |     18:50 Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa etdi  |     18:40 Putin: Rusiya ABŞ-ın yeni Administrasiyası ilə Ukrayna münaqişəsinə dair dialoqa açıqdır  |     18:32 Gənc ailələr buna görə dağılır  |     18:24 Putin Trampı ABŞ Prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib  |     18:18 Kürdəmirdə 66 yaşlı kişi cərəyan vurması nəticəsində ölüb  |     18:09 Trampın andiçmə mərasimində Brüsseli Aİ-nin ABŞ-dəki səfiri təmsil edəcək  |     18:03 Bakıda gənc ana itkin düşdü  |     17:52 İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərli ölkəmizə qaytarılıb - RƏSMİ  |     17:14 Rusiya ordusu daha bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb  |     17:01 Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS EDİLDİ  |     16:27 Tofiq Musayevin çıxış edəcəyi yeni turnir bəlli olub  |     16:11 Yanvarın 20-si Kubada matəm günü elan edildi  |     15:28 Azərbaycan millisinin sabiq çalışdırıcısının komandası İngiltərə Kubokunun qalibi oldu  |     14:56 Bakıda tikiləcək 10 yeni metro stansiyasının konseptual yerləri artıq bəllidir  |     14:45 Xocalı və Xankəndidə sükut anı: 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi  |     14:30 Özbəkistandan Rusiyaya uçan sərnişin təyyarəsi PUA hücumu ilə əlaqədar istiqamətini dəyişib  |     14:09 Gürcüstanda son bir neçə gündə "Donuz qripi"ndən ölüm halları qeydə alınıb  |    

Vətəndaşların CV-lərini zibilliyə atıblar

İş üçün müraciət edən vətəndaşların sivilərini zibilliyə atıblar.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, həmin sivilərdə vətəndaşların ad və soyadları qeyd olunub, fotoşəkilləri yapışdırlıb. Bununla yanaşı, onlara məxsus şəxsiyyət vəsiqələrinin sürətləri də zibilliyə atılıb.

Görüntülərin konkret harda qeydə alınması məlum deyil.

Narahatedici məqam ondan ibarətdir ki, naməlum şirkət tərəfindən atılan bu sivilərdə vətəndaşlara aid olan bütün məlumatları istənilən şəxs həm rahatlıqla oxuya, həm də öz məqsədləri üçün istifadə edə bilər. Belə vəziyyətdə sual yaranır: Şirkətlər onlara iş üçün müraciət edən vətəndaşların sivilərini istədikləri yerə ata bilərlərmi?

Hüquqşunas Samir İsayev deyir ki, vətəndaşların şirkətlərə verdiyi sividə onların şəxsi məlumatları əks olunduğundan həmin təşkilatların onu qorumaq öhdəliyi var. Həmin məlumatların məhv edilmədən hansısa bir əraziyə atılması isə qanun pozuntusudur.

Belə vəziyyətdə qanunun tələbini pozan şirkət rəhbəri və fiziki şəxslər müəyyən miqdarda cərimə olunmaqla yanaşı, həbs edilmək təhlükəsi də var.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 300 07.03.19 22:22