Magistral yolda avtobus "şousu" - Sürət azı 150-dir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:23 ABŞ-nin 47-ci Prezidenti seçilən Donald Trampın andiçmə mərasimi başlayıb  |     19:06 62 yaşlı kişi itinə görə elektron qolbaqda gəzəcək  |     18:59 Trampın andiçməsində zibil maşını… - FOTO  |     18:50 Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa etdi  |     18:40 Putin: Rusiya ABŞ-ın yeni Administrasiyası ilə Ukrayna münaqişəsinə dair dialoqa açıqdır  |     18:32 Gənc ailələr buna görə dağılır  |     18:24 Putin Trampı ABŞ Prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib  |     18:18 Kürdəmirdə 66 yaşlı kişi cərəyan vurması nəticəsində ölüb  |     18:09 Trampın andiçmə mərasimində Brüsseli Aİ-nin ABŞ-dəki səfiri təmsil edəcək  |     18:03 Bakıda gənc ana itkin düşdü  |     17:52 İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərli ölkəmizə qaytarılıb - RƏSMİ  |     17:14 Rusiya ordusu daha bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb  |     17:01 Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS EDİLDİ  |     16:27 Tofiq Musayevin çıxış edəcəyi yeni turnir bəlli olub  |     16:11 Yanvarın 20-si Kubada matəm günü elan edildi  |     15:28 Azərbaycan millisinin sabiq çalışdırıcısının komandası İngiltərə Kubokunun qalibi oldu  |     14:56 Bakıda tikiləcək 10 yeni metro stansiyasının konseptual yerləri artıq bəllidir  |     14:45 Xocalı və Xankəndidə sükut anı: 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi  |     14:30 Özbəkistandan Rusiyaya uçan sərnişin təyyarəsi PUA hücumu ilə əlaqədar istiqamətini dəyişib  |     14:09 Gürcüstanda son bir neçə gündə "Donuz qripi"ndən ölüm halları qeydə alınıb  |    

Magistral yolda avtobus "şousu" - Sürət azı 150-dir - VİDEO

Avtobus sürücüsü Bakı-Ələt-Astara yolunda yüksək sürətlə hərəkət edib.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, çəkilən kadrdan görünür ki, avtobusa sözün əsl mənasında çatmaq mümkün deyil.

Elə təsəvvür yaranır ki, avtobus sürücüsü sanki magistral yolda yox, yarış meydançasındadır.

Görüntülərdən aydın olur ki, avtobus sürücüsü sərnişinlərin həyatını riskə atmaqdan çəkinmir. Avtobus azı saatda 150 km/sürətlə hərəkət edir. Üstəlik, manevrlər də edir.

Məsələyə münasibət bildirən yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, bu videoda birmənalı olaraq yol hərəkəti haqqında qanunvericiliyin tələbləri pozulub. Üstəlik, bu tələbi təkcə avtobus sürücüsü deyil, elə videonu çəkən şəxs də pozub.

Ekspert deyir ki, avtobusların magistral yolda icazə verilən sürəti maksimum 90km/saatdır. Burada isə sürücü bu qanunun tələbini kobudcasına pozub.

Ekspert təklif edir ki, avtobuslara taxoqraflar quraşdırılsın. Taxoqraflar sürücülərin bütün hərəkətlərini izləməyə imkan verir. Həmçinin sənişin avtobuslarına sürətə nəzarət edən xüsusi cihazlar da quraşdırıla bilər. Həmin cihazlar isə sürət həddinin aşılmasının qarşısını alır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 663 07.03.19 12:47