Bakıda yataqxanada baş verən güclü yanğından sakinlər belə xilas edildi (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:06 62 yaşlı kişi itinə görə elektron qolbaqda gəzəcək  |     18:59 Trampın andiçməsində zibil maşını… - FOTO  |     18:50 Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa etdi  |     18:40 Putin: Rusiya ABŞ-ın yeni Administrasiyası ilə Ukrayna münaqişəsinə dair dialoqa açıqdır  |     18:32 Gənc ailələr buna görə dağılır  |     18:24 Putin Trampı ABŞ Prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib  |     18:18 Kürdəmirdə 66 yaşlı kişi cərəyan vurması nəticəsində ölüb  |     18:09 Trampın andiçmə mərasimində Brüsseli Aİ-nin ABŞ-dəki səfiri təmsil edəcək  |     18:03 Bakıda gənc ana itkin düşdü  |     17:52 İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərli ölkəmizə qaytarılıb - RƏSMİ  |     17:14 Rusiya ordusu daha bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb  |     17:01 Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS EDİLDİ  |     16:27 Tofiq Musayevin çıxış edəcəyi yeni turnir bəlli olub  |     16:11 Yanvarın 20-si Kubada matəm günü elan edildi  |     15:28 Azərbaycan millisinin sabiq çalışdırıcısının komandası İngiltərə Kubokunun qalibi oldu  |     14:56 Bakıda tikiləcək 10 yeni metro stansiyasının konseptual yerləri artıq bəllidir  |     14:45 Xocalı və Xankəndidə sükut anı: 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi  |     14:30 Özbəkistandan Rusiyaya uçan sərnişin təyyarəsi PUA hücumu ilə əlaqədar istiqamətini dəyişib  |     14:09 Gürcüstanda son bir neçə gündə "Donuz qripi"ndən ölüm halları qeydə alınıb  |     13:55 İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir  |    

Bakıda yataqxanada baş verən güclü yanğından sakinlər belə xilas edildi (VİDEO)

“Yanğın beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində mənzillərdən birində başlayıb. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub”.

Bunu ONA-ya açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, yanğın nəticəsində dəhlizdəki elektrik kabelləri yüksək temperaturdan əriyib. Yaranmış qatı tüstüdən zəhərlənən bir nəfər dünyasını dəyişib, tüstüdən zəhərlənən bir neçə nəfər isə Toksikologiya Mərkəzinə aparılıb.

ONA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, 120 ailənin yaşadığı yataqxanadan sakinlər təxliyə olunub, binaya elektrik və qaz verilişi təhlükəsizlik məqsədilə dayandırılıb.

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Nərimanov rayonun rəhbərliyi gəlib. Artıq yanğının qarşısı alınıb, soyutma işləri aparılıb.

Toksikologiya Mərkəzindən ONA-ya bildirilib ki, yanğın zamanı tüstüdən zəhərlənmiş 5 nəfər Mərkəzə çatdırılıb, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Ölənlər Əliyeva Elza və Əliyev Surxay ər-arvaddırlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 600 06.03.19 13:31