Türkiyənin Dənizli vilayətində polis Pamukkale məhəlləsində yerləşən əyləncə məkanına basqın edib.
Denizlimuhabir.com portalının məlumatına görə, basqın zamanı kafedə qanunsuz fəaliyyət göstərən 20 qadın saxlanılıb.
Onlardan beşi Azərbaycan, səkkizi Özbəkistan, dördü Qırğızıstan, ikisi Qazaxıstan və biri İran vətəndaşıdır.
Saxlanılan şəxslər miqrasiya idarəsinə verilib və sənədləşmə işləri bitdikdən sonra ölkələrinə deportasiya edilib.//oxu.az