Nazirlikdən qəribə qərar: Valideynlərdən işıq pulu qəbzinin kodu tələb olunur » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:55 Magistral su xəttində QƏZA - Bakının bu ərazilərində su kəsiləcək  |     14:36 Rusiyaya daxil olan əcnəbilərlə bağlı yeni qayda: Bəziləri xüsusi ərizə yazmalı olacaqlar  |     13:44 Abonentlərin DİQQƏTİNƏ: Qaza görə ödənişlər artıq yeni tariflə hesablanır  |     13:37 Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi  |     13:32 Plastik cərrahlara daha bir XƏBƏRDARLIQ  |     13:25 Çin Azərbaycan və Cənubi Koreya təyyarələrinin qəzaya uğramasından sonra hərəkətə keçdi  |     13:22 Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"  |     13:20 Məşhur filmin yeni bölümü çəkilə bilər  |     13:11 Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı  |     13:04 Tanınmış rusiyalı müğənni səhnəyə qayıdır  |     12:50 Pnevmoniya ağırlaşmaları çoxalıb - Tanınmış həkim XƏBƏRDARLIQ etdi (VİDEO)  |     12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |    

Nazirlikdən qəribə qərar: Valideynlərdən işıq pulu qəbzinin kodu tələb olunur

Bu ildən etibarən ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulu zamanı valideynlərdən elektrik enerjisi qəbzinin kodu tələb olunur.

Bu sözləri oxu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O, şagird qəbulunun 13 martdan etibarən başlanıldığını xatırladıb və deyib ki, bu ildən tətbiq edilən texniki yeniliklər valideynlərdə müəyyən qədər narahatlıq yaradır.

“Bunlardan biri də qeydiyyatdan keçən zaman valideynlərdən elektrik enerjisi qəbzinin kodunun tələb olunmasıdır.

Bundan başqa, elektron xidmətlərdən istifadə edən valideynlər tez qeydiyyatdan keçir, amma bu kimi məsələləri zəif bilən, internet imkanları məhdud olanlar qeydiyyatdan gec keçirlər”.

Ekspert xatırladıb ki, Bakı şəhəri üzrə orta məktəblərə sənəd qəbulu 2015-ci ildən etibarən onlayn xidmət vasitəsilə həyata keçirilir və bu, kifayət qədər böyük uğurdur.

“Əvvəllər birinci sinifə qəbul zamanı neqativ hallar baş verirdi. Məktəb direktoru, müəllimlər əsassız olaraq bir çox tələblər irəli sürürdülər. Amma indi bu mümkün deyil. Hesab edirəm ki, son beş il ərzində Azərbaycan təhsilinin ən böyük uğuru məktəbəqədər təhsil və ibtidai siniflərə qəbulun elektron xidmətlər göstərməsi ilə həyata keçirilməsidir. İnanmaq istərdim ki, bu proses yaxın zamanlarda bütün ölkə ərazisində tətbiq ediləcək.

Bir məsələni də xatırladım ki, 2018-ci ildə elektron xidmətlərin tətbiqi ilə bağlı ilk gündən valideynlərin mektebeqebul.edu.az portalına kütləvi şəkildə müraciət etməsi nəticəsində sistem fəaliyyətini davam etdirə bilmədi.

Təhsil Nazirliyi məcbur olub, dəyişikliklər etdi. Belə ki, Gəncə və Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən ümumi təhsil müəssisələrinə qeydiyyat 2018-ci il 12 mart tarixində başladı. Bu il, düşünürəm ki, birinci siniflərdə qəbul prosesinin gecikməsinin əsas səbəbi texniki xidmətin yenidən qurulması ilə əlaqədardır”, - deyə ekspert şərh edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 726 05.03.19 13:18