Tikinti fəaliyyəti sahəsində bəzi xidmətlərin göstərilməsi pullu olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:36 Rusiyaya daxil olan əcnəbilərlə bağlı yeni qayda: Bəziləri xüsusi ərizə yazmalı olacaqlar  |     13:44 Abonentlərin DİQQƏTİNƏ: Qaza görə ödənişlər artıq yeni tariflə hesablanır  |     13:37 Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi  |     13:32 Plastik cərrahlara daha bir XƏBƏRDARLIQ  |     13:25 Çin Azərbaycan və Cənubi Koreya təyyarələrinin qəzaya uğramasından sonra hərəkətə keçdi  |     13:22 Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"  |     13:20 Məşhur filmin yeni bölümü çəkilə bilər  |     13:11 Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı  |     13:04 Tanınmış rusiyalı müğənni səhnəyə qayıdır  |     12:50 Pnevmoniya ağırlaşmaları çoxalıb - Tanınmış həkim XƏBƏRDARLIQ etdi (VİDEO)  |     12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |    

Tikinti fəaliyyəti sahəsində bəzi xidmətlərin göstərilməsi pullu olacaq

Azərbaycanda müvafiq qurumlar tikinti fəaliyyəti sahəsində göstərdikləri xidmətləri ödənişli əsaslarla həyata keçirəcəklər.

Median.Az
Trend-ə istinadən bildirir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilir.

Dəyişikliklər Milli Məclisə Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib.

Məcəlləyə təklif edilir ki, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısını, məbləğini və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə haqq ödənilsin.

Bu dəyişiklik müvafiq qurumlar tərəfindən tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasının və tikinti fəaliyyəti sahəsində göstərdikləri xidmətlərinin ödənişli əsaslarla həyata keçirilməsini nəzərdə tutur.

Hazırda Məcəllədə ödənişlər yalnız tikinti layihələrinin ekspertizadan keçirilməsi üçün nəzərdə tutulub.

Digər dəyişikliklər şəhərsalma fəaliyyətinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə bağlıdır.

Yeni layihədə təklif edilir ki, tikintiyə icazə verilərkən əvvəlcə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması təklif edilir. Rəy müsbət olduqda isə müvafiq rəylərin verilmısi üçün sorğu göndəriləcək.

Layihədə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət orqanlarında işləyən əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün Məcəlləyə müvafiq əlavələrin edilməsi təklif edilir. Bu əlavəyə əasən, Məcəllənin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi işçilərin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 326 04.03.19 22:45