Azərbaycanda facebook istifadəçilərin aktivliyi azalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:36 Rusiyaya daxil olan əcnəbilərlə bağlı yeni qayda: Bəziləri xüsusi ərizə yazmalı olacaqlar  |     13:44 Abonentlərin DİQQƏTİNƏ: Qaza görə ödənişlər artıq yeni tariflə hesablanır  |     13:37 Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi  |     13:32 Plastik cərrahlara daha bir XƏBƏRDARLIQ  |     13:25 Çin Azərbaycan və Cənubi Koreya təyyarələrinin qəzaya uğramasından sonra hərəkətə keçdi  |     13:22 Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"  |     13:20 Məşhur filmin yeni bölümü çəkilə bilər  |     13:11 Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı  |     13:04 Tanınmış rusiyalı müğənni səhnəyə qayıdır  |     12:50 Pnevmoniya ağırlaşmaları çoxalıb - Tanınmış həkim XƏBƏRDARLIQ etdi (VİDEO)  |     12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |    

Azərbaycanda facebook istifadəçilərin aktivliyi azalıb

2019-ci ilin fevral ayında, Azərbaycanda facebook istifadəçilərinin fəallığı, yanvar ayı ilə müqayisədə 7,5 faiz azalıb.

Median.Az
xəbər verir ki, Global Stats statistik mərkəzinin martın 1-nə olan məlumatına görə, facebook-un Azərbaycanın sosial media bazarında payı 36,3 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 4,4 faiz çoxdur. Populyarlığına görə facebook ölkənin sosial media bazarında birinci yeri tutur.
Sosial şəbəkələri arasında populyarlığına görə ikinci yerdə Twitter qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı fevral ayı ərzində 82,2 faiz artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında 2019-ci ilin martın 1-nə olan tarixə 21,7 faiz təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təxminən 3 dəfə çoxdur.

Bu ilin fevral ayı ərzində ölkə üzrə Youtube şəbəkəsinin istifadəçilərinin fəallığı 9 faiz azalıb. Martın 1-nə olan məlumata əsasən, Youtube sosial media bazarında 16,7 faiz bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 50 faiz azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü aşağıdakı kimidir: Pinterest– 16,2 faiz, Instagram – 5,75 faiz, “VKontakte” – 1,27 faiz, Google+ – 0,48 faiz və s./ONA/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 182 02.03.19 22:41