Sağlamlıq imkanları məhdud uşaqlar 200 manat müavinət alacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:36 Rusiyaya daxil olan əcnəbilərlə bağlı yeni qayda: Bəziləri xüsusi ərizə yazmalı olacaqlar  |     13:44 Abonentlərin DİQQƏTİNƏ: Qaza görə ödənişlər artıq yeni tariflə hesablanır  |     13:37 Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi  |     13:32 Plastik cərrahlara daha bir XƏBƏRDARLIQ  |     13:25 Çin Azərbaycan və Cənubi Koreya təyyarələrinin qəzaya uğramasından sonra hərəkətə keçdi  |     13:22 Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"  |     13:20 Məşhur filmin yeni bölümü çəkilə bilər  |     13:11 Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı  |     13:04 Tanınmış rusiyalı müğənni səhnəyə qayıdır  |     12:50 Pnevmoniya ağırlaşmaları çoxalıb - Tanınmış həkim XƏBƏRDARLIQ etdi (VİDEO)  |     12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |    

Sağlamlıq imkanları məhdud uşaqlar 200 manat müavinət alacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamının əhatə etdiyi həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədəri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Sərəncamla sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlərdə aprelin 1-dən 83 faiz artım edilməklə onların müavinəti 82 manatdan 150 manata çatdırılır. Eyni zamanda, yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan prezidentinin 50 manat məbləğində aylıq təqaüdü təsis olunur.

Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait 2,4 dəfə artırılaraq, qeyd olunan vaxtdan müavinət (150 manat) və təqaüd (50 manat) formasında ümumilikdə 200 manat təşkil edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 652 02.03.19 14:23