Eldar Əzizov: Bayıl sürüşmə zonası ilə bağlı yeni qərar veriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:55 Magistral su xəttində QƏZA - Bakının bu ərazilərində su kəsiləcək  |     14:36 Rusiyaya daxil olan əcnəbilərlə bağlı yeni qayda: Bəziləri xüsusi ərizə yazmalı olacaqlar  |     13:44 Abonentlərin DİQQƏTİNƏ: Qaza görə ödənişlər artıq yeni tariflə hesablanır  |     13:37 Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi  |     13:32 Plastik cərrahlara daha bir XƏBƏRDARLIQ  |     13:25 Çin Azərbaycan və Cənubi Koreya təyyarələrinin qəzaya uğramasından sonra hərəkətə keçdi  |     13:22 Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"  |     13:20 Məşhur filmin yeni bölümü çəkilə bilər  |     13:11 Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı  |     13:04 Tanınmış rusiyalı müğənni səhnəyə qayıdır  |     12:50 Pnevmoniya ağırlaşmaları çoxalıb - Tanınmış həkim XƏBƏRDARLIQ etdi (VİDEO)  |     12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |    

Eldar Əzizov: Bayıl sürüşmə zonası ilə bağlı yeni qərar veriləcək

Bayıl sürüşmə zonası ilə bağlı Nazirlər Kabineti yaxın günlərdə yeni qərar verəcək.

Bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

Onun sözlərinə görə, Bayılda baş verən sürüşmə ilə bağlı məsələyə Nazirlər Kabinetində baxılır:

“Sürüşmə hadisəsi bu ərazidə birinci və sonuncu dəfə baş vermir. Bu, təbii prosesdir. Sürüşmə orada yaşayışın olub-olmaması ilə bağlı deyil. Orada sürüşmə yaşıllıq olmayan dövrdə də baş verib. Səhv etmirəmsə, həmin ərazidə sürüşmə 1830-cu illərdə də baş verib. Həmin vaxt orada nə yaşıllıq salınmışdı, nə də yaşayış vardı”.

E.Əzizov bildirib ki, hazırda ərazidə yaşayan vətəndaşların məsələsi gündəlikdə aktualdır.

“Nazirlər Kabineti yaxın günlərdə yeni qərar verəcək. Bu barədə Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib”, - deyə Eldar Əzizov qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 437 02.03.19 14:18