Azərbaycanda sosialyönümlü siyasət reallaşır, addım-addım hər şeyə nail olunur.
Bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə qiymətləri tənzimləmə siyasəti həyata keçirilir:
“Bu birbaşa prezident İlham Əliyevin tapşırığıdır. Gördüyünüz kimi, mütəmadi yarmarkalar təşkil edilir ki, sakinlərdə seçim imkanı olsun. Bu proses davam etdiriləcək. Əvvəllər gecələr təhlükəsizliyə təminat verə bilmirdik. Amma İlham Əliyev bu təhlükəsizliyə nail oldu. Bu məsələyə sevinməyə dəyər”.
E.Əzizov bildirib ki, ötən gün Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində görüş keçirib.
“Orada hamı birmənalı prezidentin siyasətini dəstəkləyir. Dərin düşüncəli adamlar bunu başa düşür”, - deyə Eldar Əzizov qeyd edib.