Kürdəmir rayon sakininin avtomobili və qarajı yanıb.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Ərşəli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 23 yaşlı Niyaməddin Adil oğlu İsgəndərov atası Adil Paşa oğlu İsgəndərova məxsus "VAZ-21011" markalı avtomobili qapının ağzında yuduqdan sonra həyətdə saxlayıb. Ancaq gecə saatlarında həyətdən gələn səsə oyanaraq avtomobilin və qarajın yandığını görüblər. Yanğının yaxınlıqdakı fərdi yaşayış evinə keçməsinin qarşısı alınsa da, avtomobil yanaraq külə dünüb.
Kürdəmir rayon Polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Yanğının hansı səbəbdən baş verdiyi ekspertin rəyindən sonra məlum olacaq. Ev sahibi isə maşınının və qarajın qəsdən yandırıldığını iddia edir. Çünki nəqliyyat vasitəsini saxlayarkən heç bir qəza baş verməməsi üçün akkumlyatoru götürdüklərini bildirirlər.
Faktla bağlı araşdırma aparılır.