Parlamentdə Hesablayıcı komissiyanın yeni rəhbərliyi seçildi - ADLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:11 Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı  |     13:04 Tanınmış rusiyalı müğənni səhnəyə qayıdır  |     12:50 Pnevmoniya ağırlaşmaları çoxalıb - Tanınmış həkim XƏBƏRDARLIQ etdi (VİDEO)  |     12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |    

Parlamentdə Hesablayıcı komissiyanın yeni rəhbərliyi seçildi - ADLAR

Parlamentin təzədən formalaşdırılmış Hesablayıcı komissiyasının yeni rəhbərliyi seçilib.

Komissiya üzvlərinin iştirakı ilə keçirilən iclasda Fəttah Heydərov sədr, Sədaqət Vəliyeva isə katib seçilib.

Qeyd edək ki, fevralın 1-də Milli Məclisin plenar iclasında Hesablayıcı komissiyanın yeni tərkibi seçilib.

Hesablayıcı komissiyanın tərkibinə Fəttah Heydərov, Sədaqət Vəliyeva, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc və Mixail Zabelin daxil edilib.

Onu da qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbəti çağırış parlamentin birinci iclasında və sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı komissiya yaradılır.

Hesablayıcı komissiya açıq və gizli səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədilə yalnız Milli Məclisin iclaslarında fəaliyyət göstərir.

Milli Məclisin Hesablayıcı komissiyası deputatlar sırasından bir il müddətinə yeddi üzvdən ibarət tərkibdə seçilir.

Seçildikdən sonra Milli Məclisin Hesablayıcı komissiyası öz üzvləri sırasından komissiyanın sədrini və katibini seçir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 580 27.02.19 17:07