Daşkəsən rayonunda uşaq ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.
Median.Az "Report"a istinadən bildirir ki, rayonun Alunitdağ qəsəbəsində qalanan çərşənbə tonqalının kənarına toplaşan uşaqlardan biri - 11 yaşlı oğlan yıxılaraq başı daşa dəyib.
Ağır kəllə-beyin travması alan uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.