Bu gün Azərbaycanda ilk Novruz çərşənbəsidir » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:25 Çin Azərbaycan və Cənubi Koreya təyyarələrinin qəzaya uğramasından sonra hərəkətə keçdi  |     13:22 Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"  |     13:20 Məşhur filmin yeni bölümü çəkilə bilər  |     13:11 Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı  |     13:04 Tanınmış rusiyalı müğənni səhnəyə qayıdır  |     12:50 Pnevmoniya ağırlaşmaları çoxalıb - Tanınmış həkim XƏBƏRDARLIQ etdi (VİDEO)  |     12:10 Aktyor Azər Baxşəliyevin son durumu necədir?  |     12:08 Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub  |     11:51 Azərbaycan neftinin qiyməti 78 dolları keçib  |     11:20 Bəzi ərazilərdə 10 dərəcəyədək şaxta düşüb - FAKTİKİ HAVA  |     21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |    

Bu gün Azərbaycanda ilk Novruz çərşənbəsidir

Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

Median.Az
Trend-ə istinadən bildirir ki, artıq bu həftədən su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Novruz qədim ənənələrə söykənən Azərbaycan dövlətinin milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir. Novruz gəlməmişdən öncə onun ilk carçısı kimi hər həftə ocaqlar qalanır. Bu, demək olar ki, 4 həftəni özündə birləşdirir.

Deyilənə görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə, "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir. Çünki kiçik çillə artıq öz yerini "boz ay"a verir və havalar, atalarımız demişkən "ağara-bozara" düzəlməyə başlayır.

Su çərşənbəsində kənd yerlərində qadınlar, qızlar, hətta bütün insanlar çaya gedirlər, yaxud axan suda əllərini, üzlərini yuyurlar. Bu inanca görə onların üzərində olan bütün pisliklər həmin suya tökülərək məhv olacaq və onlar da yeni ilə saf daxil olacaqlar. Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol-bərəkət gətirəcəyi gözlənilir. Su çərşənbəsində "Vəsfihal" adlanan nəğmələr oxunulur.

Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram əhval-ruhiyyəsinin yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

Qeyd edək ki, martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq.

Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.
Bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək.

Martın 20-si ölkəmizdə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 341 26.02.19 21:19