Hansı aptek dərmanı fərqli qiymətə satırsa, nazirliyə xəbər edin » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:54 Günəşdə güclü partlayışlar baş verib  |     12:47 Qonşusunu yumruqla vurub öldürdü: Yüngül cəza verildi  |     12:46 Şəkidə sərxoş kişinin siqareti evini külə döndərdi  |     12:22 Ətin qiymətindəki artımın səbəbi nədir? - VİDEO  |     12:20 Sabirabadda müəmmalı ÖLÜM: İntihar edən qadının əri özünü zəhərlədi  |     12:19 Bakı bulvarında dənizə yıxılan qadın xilas edildi - VİDEO  |     12:14 Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi  |     11:54 Polis məmuru atəş açan şəxsi Trampa sui-qəsd cəhdindən bir neçə dəqiqə əvvəl görüb  |     11:51 Azərbaycanda benzin ucuzlaşdı - QİYMƏT  |     11:48 Sumqayıtda 21 yaşlı gənc dənizdə batdı  |     11:38 Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub  |     22:33 Belə qarpızları almayın! - Zəhərli qarpızı necə ayırd edək?  |     22:26 ADY tələbləri pozduğu üçün bu qədər cərimələndi - ŞOK RƏQƏM  |     22:20 İnsanların Marsa ilk səfəri nə qədər davam edəcək?  |     22:13 Dünyada ilk ölkə olacaq: Pilotsuz təyyarələr lazer silahı ilə vurulacaq  |     22:06 Şirin yemiş seçmək üçün MARAQLI ÜSUL  |     21:59 Miqrantlar Rusiyadan bu qanun pozuntularına görə də qovulacaqlar  |     21:51 Hər gün xiyar yemək üçün 7 ƏSAS SƏBƏB  |     21:43 ÜST-dən qorxulu xəbərdarlıq... Kabus geri dönür...  |     21:38 871-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi  |    

Hansı aptek dərmanı fərqli qiymətə satırsa, nazirliyə xəbər edin

İqtisadiyyat naziri Şahin Mustafayev bəzi dərman vasitələrinin apteklərdə fərqli qiymətlərə satılması məsələsi ilə bağlı istehlakçılara müraciət edib.

Nazir istehlakçılardan dövlət tərəfindən tənzimlənən qiymətləri pozan apteklər haqqında məlumatları İqtisadiyyat Nazirliyinə göndərməyi xahiş edib.

O, Azərbaycanda Tarif Şurasının ləğv olunması ilə bağlı gəzən söhbətlərə də münasibət bildirib:

“Tarif Şurası ləğv edilməyib, prezidentin sərəncamı ilə Tarif Şurasının katibliyində dəyişiklik ediləcək. Bu, o demək deyil ki, Tarif Şurası ləğv olunacaq, tariflər tənzimlənməyəcək. Tarif Şurası fəaliyyət göstərir və dövlət tərəfindən müəyyən edilən xidmətlərin dəyəri yenə də tənzimlənəcək.

Bu, davamlıdır. Dövlət tərəfindən dərman vasitələrinin qiymətləri də tənzimlənir. Bu gün apteklərdə qiymətlər Tarif Şurasının müəyyən etdiyindən yüksəkdirsə, bu barədə bizə məlumat verin”.

Qeyd edək ki, dərman vasitələrinin qiymətləri İqtisadiyyat Nazirliyinin və Tarif Şurasının rəsmi internet səhifəsində göstərilib.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 211 18.02.19 17:10