Ali məktəblərdə ixtisasların sayı azaldıldı - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:18 Polis miqrantların yaşayış yerlərinə daxil ola biləcək: Rusiyada yeni qaydaların DETALLARI  |     16:54 İşdən çıxmasını istəyən ərini həbs etdirdi  |     13:00 Rusiyadan Avropaya qaz böhranı: Ukrayna üzərindən tranzit tamamilə dayandırıldı  |     12:59 Əksər rayonlarda hava yağmursuz keçib - FAKTİKİ HAVA  |     12:44 Bu sosial ödənişlərin də məbləği artdı  |     12:43 Fransa hərbçiləri daha bir ölkədən çıxarılır  |     12:42 Bu ölkələr Şengen zonasına daxil oldu  |     12:41 Bu gündən minimum aylıq əməkhaqqı 400 manat oldu  |     12:40 ÜST Konqodakı naməlum xəstəliyin səbəbini açıqladı  |     12:15 Avtomobili ilə piyadanı vurub öldürdükdən sonra qaçan sürücü TUTULDU (YENİLƏNİB)  |     12:14 Rusiya sərhədçiləri Ermənistan-İran sərhədini tərk ediblər  |     12:13 Estoniyanın keçmiş prezidenti vəfat etdi  |     12:11 Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib  |     12:09 Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb  |     12:08 Rusiyaya gedən vətəndaşların NƏZƏRİNƏ: Yeni miqrasiya qaydaları qüvvəyə mindi  |     12:07 11 sentyabr hücumlarında ittiham olunan üç nəfər edamdan yayına bilər  |     12:05 Mask populyarlıq reytinqində Bezos və Zukerberqi geridə qoydu  |     12:04 Belçika birdəfəlik veyplərin satışını qadağan etmək qərarına gəlib  |     12:02 Cəlilabadda avtomobil piyadanı vurub  |     12:01 "Azərbaycan Dəmir Yolları"nın işçisi əməliyyat zamanı ÖLDÜ  |    

Ali məktəblərdə ixtisasların sayı azaldıldı - SİYAHI

Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların sayı azaldılıb.

Bu barədə Təhsil Nazirliyinin rəsmi saytında məlumat verilib.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb.

Belə ki, bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib.

Qərara əsasən, dar ixtisaslaşmanı əhatə edən bir neçə uyğun ixtisas birləşdirilib, müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar təsnifata əlavə edilib.

“Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”na əsasən, ixtisas qrupları üzrə aşağıdakı dəyişikliklər olub:

“Təhsil ixtisasları” qrupunda olan 22 ixtisasdan biri (“Rəqs müəllimliyi”) çıxarılıb, 2 ixtisasın adında isə dəyişiklik edilib. Hazırda bu qrupda 21 ixtisas var.

“Humanitar və sosial ixtisaslar” qrupunda olan 17 ixtisasdan biri (“Antropologiya”) çıxarılıb, 2 ixtisas (“Kitabşünaslıq” və “Kitabxanaçılıq və informasiya”) isə bir ad altında birləşdirilib, “İslamşünaslıq” adlı yeni ixtisas əlavə olunub. Hazırda bu qrupda 15 ixtisas var.

“Mədəniyyət və incəsənət ixtisasları” qrupunda olan 21 ixtisasdan 8-i müxtəlif sahələri əhatə etdiyindən və bəzi hallarda həmin sahənin adı ixtisasın adı kimi təsnifatda qeyd olunduğundan (məsələn, “Solo oxuma”, “Estrada sənəti”, “Kinoşünaslıq”, “Teatrşünaslıq” və s.) bu ixtisaslar bir ad altında birləşdirilib, onlara“sahələr üzrə” sözləri əlavə edilib. Hazırda bu qrupda 18 ixtisas var.

“İqtisadiyyat və idarəetmə ixtisasları” qrupunda 12 ixtisasdan 4-ü digər uyğun ixtisaslarla eyni məzmun təşkil etdiyindən (məsələn, “Dünya iqtisadiyyatı”, “İqtisadiyyat”, “Biznesin idarə edilməsi” və “Kommersiya”) onlar birləşdirilib və beynəlxalq təcrübəyə uyğun ad qoyulub. “Mühasibat uçotu və audit” ixtisasının adı “Mühasibat” olub, “Beynəlxalq ticarət və logistika” adlı tamamilə yeni ixtisas əlavə edilib. Hazırda bu qrupda 10 ixtisas var.

“Təbiət ixtisasları” qrupunda ixtisasların adları məqsədəuyğun olduğundan burada heç bir dəyişiklik edilməyib, yalnız “Biotexnologiya” adlı yeni ixtisas əlavə olunub. Hazırda bu qrupda 11 ixtisas var.

“Texniki və texnoloji ixtisaslar” qrupunda əsaslı dəyişikliklər edilib. Belə ki, məzmunca eynilik təşkil edən bəzi ixtisaslar birləşdirilib və daha müasir adlarla adlandırılıb, bəziləri dar ixtisaslaşmanı əhatə etdiyindən təsnifatdan çıxarılıb. Beləliklə, 29 ixtisas ləğv edilərək, 10 yeni adlı ixtisas yaradılıb, 8 ixtisasın adı dəyişdirilib. 59 ixtisasın sayı 40-a qədər azaldılıb.

“Kənd təsərrüfatı ixtisasları” qrupunda mövcud olan 12 ixtisasdan 4-nün adı dəyişib, 2-si (“Aqromühəndislik” digər qrupa keçirilib, “Zootexnik”) çıxarılıb və 1 yeni ixtisas (“Zoomühəndislik”) əlavə olunub. Bu qrupda hazırda 11 ixtisas var.

“Səhiyyə, rifah və xidmət ixtisasları” qrupunda da ciddi dəyişikliklər edilib. Qrupda olan 9 ixtisasdan 3-ü (“Həkim yardımçısı”, “Bədən tərbiyəsi və idman” və “Turizm və otelçilik”) çıxarılıb, 1-nin adı dəyişib və 4 yeni ixtisas əlavə olunub. Hazırda qrupda 10 ixtisas var.

“Tibb təhsilinin əsas təhsili üzrə ixtisaslar” qrupunda olan 4 ixtisasın sayı dəyişməsə də, burada 1 ixtisas (“Tibbi profilaktika”) çıxarılıb, 1 ixtisas (“İctimai səhiyyə”) əlavə olunub, 2 ixtisasın adı dəyişdirilib.

“Xüsusi təyinatlı ixtisaslar” qrupunda mövcud 10 ixtisasdan 3-nün adı dəyişdirilib, 5-i çıxarılıb (bunlardan 1-i digər qrupa keçirilib), 3 adda tamamilə yeni ixtisas əlavə edilib. Yeni ixtisaslardan 2-si artıq keçən il Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Ümumilikdə, ixtisasların sayı 8-ə enib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 406 15.02.19 12:42