Belçika birdəfəlik elektron siqaretlərin satışına qadağa qoyan ilk Avropa ölkəsi ola bilər.
Bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, belə bir qərar yanvarın 1-də hökumət tərəfindən veriləcək.
Məlumata əsasən, Böyük Britaniya, Fransa və Almaniya da oxşar qərar qəbul etməyi planlaşdırırlar. Bununla belə, ekspertlər belə tədbirlərin istehlakçıların qeyri-leqal məhsullara keçməsinə səbəb ola biləcəyindən ehtiyat edirlər.