Ötən axşam saat 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə, Şamaxı ərazisində 4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkandan sonra sakinlər təşvişə düşüblər. İnsanlar küçədə tonqal qalayaraq, bir neçə saat evə getməyiblər.
Rayonun icra başçısı Tahir Məmmədov sakinlərlə görüşüb və gecəni çoxmərtəbəli binalarda keçirməməyi tövsiyə edib.