Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş tanınmış diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
“Report”un Moskva bürosunun əldə etdiyi məlumata görə, S. Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güc yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.
Keçmiş diaspor rəhbəri şəhərdəki kafelərinin birində hadisə zamanı saxlanılıb.
Qeyd edək ki, Söyün Sadıqov uzun illər Azərbaycan Mədəni Muxtariyyətinin sədri vəzifəsində calışıb. 2012 -2018-ci illər Rusiya prezidentinin Vladimir Putinin etibarlı nümayəndəsi olub. Onun adı uzun müddət mətbuatda müxtəlif siyasi və ictimai qalmaqallarda hallandırılıb.