Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bunu oxu.az-a açıqlamasında komissiya üzvü Mehdi Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, iclasda 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.
Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir.