Güclü yeraltı təkanlar gözlənilir? - RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |     14:04 Əməkdar artist Almaz Mustafayevanın anım günüdür  |     13:36 Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - SABAHIN HAVASI  |     13:30 Kolumbiyada güclü zəlzələ baş verdi  |     13:11 Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)  |     12:55 Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək  |     12:43 "Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"  |     12:35 Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib  |     12:19 Rusiyada yüksəkrütbəli hərbçilərə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb  |    

Güclü yeraltı təkanlar gözlənilir? - RƏSMİ AÇIQLAMA

"Hazırda ölkə ərazisində zəlzələnin afterşokları davam edir. Bundan sonra da afterşokların davam edəcəyi gözlənilir".

Median.Az xəbər verir ki, bunu report-a açıqlmasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Mətbuat katibi Vüsalə Rafiqqız deyib. O bildirib ki, zəlzələ ocağı sönənə qədər aftrşoklar davam edəcək: "Fevralın 9-da axşam saatlarında Ağsu rayonu ərazisində növbəti yeraltı təkan qeydə alındı. Bu, afterşok idi. Həmin zəlzələ 3 bala qədər hiss olundu. Biz əvvəllər də dediyimiz kimi, episentrdə zəlzələ ocağı sönənə qədər afterşoklar davam edəcək. Mümkündür ki, bu afterşokların içərisində hiss olunanları da olsun. Məsələn, fevralın 5-də baş verən yeraltı təkanın afterşokları fevralın 9-da axşam saatlarında yenidən hiss olundu. Sadəcə olaraq, afterşoklar zəlzələnin baş verdiyi ərazilərdə hiss edilir".

V.Rafiqqızı qeyd edib ki, güclü yeraltı təkanların baş verəcəyi gözlənilmir: "Dediyim kimi, bundan sonra da afterşokların davam edəcəyi gözlənilir. Təbii ki, hansı maqnituda ilə baş verəcəyini demək çətindir. Hər halda fevralın 5-də baş verən titrəyişlərin təkrar olunması gözlənilmir. Yenə deyirəm ki, aşağı maqnituda ilə yeraltı təkanların hiss olunması gözlənilir".


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            9 497 11.02.19 13:10