Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbirlər planı təsdiq edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |     14:04 Əməkdar artist Almaz Mustafayevanın anım günüdür  |     13:36 Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - SABAHIN HAVASI  |     13:30 Kolumbiyada güclü zəlzələ baş verdi  |     13:11 Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)  |     12:55 Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək  |     12:43 "Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"  |     12:35 Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib  |     12:19 Rusiyada yüksəkrütbəli hərbçilərə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb  |    

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbirlər planı təsdiq edildi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq.

Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17:00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 232 11.02.19 11:45