PA rəsmisi: Bu il 800 əlil ailəsinə mənzil veriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:52 Rusiya XİN həmin məktubla bağlı açıqlama yaydı  |     22:26 Tehranda İran əsilli Almaniya vətəndaşı azadlığa buraxılıb  |     22:04 Bu ərazilərdə işıq olmayacaq  |     21:31 Biləsuvar məcburi köçkün qəsəbələrindən daha 20 ailə Cəbrayıla köçürülüb  |     21:22 Polis Kaliforniyadakı təxliyə zonalarında 68 nəfəri saxlayıb  |     21:09 Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi  |     21:05 Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevə qarşı yeni ittiham: Həbs müddəti uzadıldı  |     20:51 Rusiya Estoniya XİN-in vitse-kanslerini qara siyahıya salıb  |     20:39 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     20:24 Ermənistanda deputat öldü  |     20:07 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |    

PA rəsmisi: Bu il 800 əlil ailəsinə mənzil veriləcək

2018-ci ildə özünüməşğulluq proqramına cəlb olunmuş ailələrdən 7267-si biznes planlarını uğurla müdafiə edib ki, bu da 2017-ci illə müqayisədə, 6,5 dəfə çoxdur. Bütövlükdə beş mindən çox ailə aktivlərlə təmin olunub.

Bu fikirlər Prezident Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” adlı yazısında öz əksini tapıb.

O qeyd edib ki, ötən il bu proqrama cəlb edilənlərin 1300 nəfərə qədərini məcburi köçkün, 1000 nəfərdən çoxunu əlilliyi olan, 1000 nəfərə qədərini ünvanlı yardım alan şəxslər, 400 nəfərə qədərini sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, 300 nəfərini müharibə veteranı, 160 nəfərini şəhid ailəsi üzvləri, 70 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlər və digərləri təşkil edib:

“Bu işlərin 2019-cu ildə də davam etdirilməsi və daha səkkiz min nəfərin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur”.

PA rəsmisi qeyd edib ki, ötən 15 il ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 6650, təkcə 2018-ci ildə isə nəzərdə tutulandan üç dəfə çox – 626 mənzil təqdim edilib.

“Ölkə başçısının tapşırığına uyğun olaraq, 2019-cu ildə bu kateqoriyalardan olan şəxslərə azı 800 mənzil veriləcək”, - deyə S.İsmayılov yazıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            952 07.02.19 12:51