Bakıda utanverici hərəkət -Ər hamilə yoldaşını metroya atdı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:52 Rusiya XİN həmin məktubla bağlı açıqlama yaydı  |     22:26 Tehranda İran əsilli Almaniya vətəndaşı azadlığa buraxılıb  |     22:04 Bu ərazilərdə işıq olmayacaq  |     21:31 Biləsuvar məcburi köçkün qəsəbələrindən daha 20 ailə Cəbrayıla köçürülüb  |     21:22 Polis Kaliforniyadakı təxliyə zonalarında 68 nəfəri saxlayıb  |     21:09 Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi  |     21:05 Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevə qarşı yeni ittiham: Həbs müddəti uzadıldı  |     20:51 Rusiya Estoniya XİN-in vitse-kanslerini qara siyahıya salıb  |     20:39 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     20:24 Ermənistanda deputat öldü  |     20:07 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |    

Bakıda utanverici hərəkət -Ər hamilə yoldaşını metroya atdı - FOTO

Bakıda əliuşaqlı hamilə qadın əri tərəfindən küçəyə atılıb.

Ailəsindən imtina edən kişi onları metro stansiyalarının birində buraxıb və çıxıb gedib.

Polislər küçədə qalmış köməksiz qadını "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına təhvil veriblər.

Sığınacağın sədri Mehriban Zeynalova Baku.ws-ə açıqlamasında qadına hüquqi və maddi yardım göstərilməsini təmin etdiyini bildirdi:

"Bir həftə polislər əri tərəfindən metroya atılan qadını sığınacağa gətirdilər. Ananın və uşağın heç bir sənədi yox idi. Rüsum ödəyib ikisinin də sənədlərini aldıq. Qadının işə düzəlməsi üçün sənəd çox vacib idi. İndiyə qədər sənədi olmadığında süd pulunu da ala bilməyib, bundan sonra alacaq".

Mehriban xanımın sözlərinə görə, ailənin bərpası üçün qadının əri ilə aparılan danışıqlar nəticə verməyib. Araşdırma zamanı məlum olub ki, küçəyə atılan hamilə qadının qucağındakı körpə birinci ərindən imiş. Həyat yoldaşından ayrıldıqdan sonra yaxınlarının vasitəsilə yenidən ailə qurub və hamilə qalıb.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 784 02.02.19 15:00