Azərbaycanda 16 nəfərdə A/H1N1 virusu aşkarlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:36 Bu il metodistləri nə gözləyir? - RƏSMİ CAVAB  |     22:13 Abşeronda yaşayış evində partlayış: Yaralananlar arasında uşaqlar var  |     22:03 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     22:01 Araik Harutyunyan məhkəmədə üzr istədi  |     21:57 Cahangir Əsgərovun xanımı vəfat etdi  |     21:55 Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanış olmaq üçün 10 gün əlavə vaxt verilib  |     21:28 Vardanyan, Arayik... - Məhkəmədən FOTOLAR  |     21:17 Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ  |     21:13 KOBİA-nın katibliyinin sədr müavininin evindən 244 min manatlıq qızıl oğurlanıb  |     20:31 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     20:19 Coşqun və Rafael bu dəfə AĞLATDILAR - VİDEO  |     20:17 İqtisadi fəal əhalinin sayı açıqlandı  |     20:10 Azərbaycan Atçılıq Federasiyasında yeni təyinat  |     20:01 Bakıda evdən meyit tapıldı  |     19:56 İran Prezidenti Putinlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib  |     19:47 İraq Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib  |     19:40 Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi  |     19:31 Son günlər artan kiberdələduzluq halları ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:22 Bakıda kişi küçədə öldü  |     19:14 Gürcü ekspert: Kobaxidzenin ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasında strateji tərəfdaşlığa verilən önəmi göstərir  |    

Azərbaycanda 16 nəfərdə A/H1N1 virusu aşkarlanıb

Azərbaycanda “donuz qripi” aşkarlanan 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib.

Bu sözləri Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

O bildirib ki, həmin şəxslərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısının vəziyyəti yaxşıdır:

“16 nəfərdə A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də, ÜST tərəfindən təsdiqlənib. Bu qrip Azərbaycanda kəskin şəkildə müşahidə edilmir. Əgər kəskin olarsa, bildirmək istəyirəm ki, Səhiyyə Nazirliyinin üç böyük klinikası bu xəstəliklə mübarizə apara bilər”.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin proqram koordinatoru Cəvahir Süleymanova isə məsələ ilə bağlı həkimə müraciət edən xəstələrin hər birinə qrip diaqnozunun qoyulmasının düzgün olmadığını deyib:

“Xəstəxanaya müraciət edən pasiyentlərə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil. Çünki qrip virusu yalnız laborator şərait yoxlanıldıqdan sonra təsdiqlənə bilər. Əgər laboratoriya nəticələrində xəstədə hər hansı virus aşkarlanmayıbsa, onlara qrip diaqnozu qoyula bilməz”.
//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 820 01.02.19 13:36