Azərbaycanda “donuz qripi” var? - RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:21 Dünyada autizm halları niyə artır?  |     21:00 Həkim Yeni il günü spirtli içki qəbul etmə qaydalarından danışdı  |     20:50 Paşinyan nazirliklərin xidməti avtomobillərinin sayını azaldır  |     20:31 DİN bayram günlərində azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib  |     20:30 Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar  |     19:34 "Taliban" əfqan qadınların işlədiyi bütün QHT-lərin bağlanacağını bəyan edib  |     19:17 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayı artırılır  |     18:57 Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur  |     18:47 Bu il Azərbaycanda 43.5 dərəcə isti, 22 dərəcə şaxta qeydə alınıb  |     18:28 Bakı metrosu yeni il gecəsi saat 2-yə qədər işləyəcək  |     18:12 Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib  |     17:41 Ordubadda ağır qəza: Altı nəfər xəsarət aldı  |     17:35 Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb  |     17:32 İmtahan qrafiki bayramdan sonra açıqlanacaq  |     17:14 Təyyarəmizə eniş izni verməyən dispetçer dindirildi - VİDEO  |     17:02 Günəşdə iki güclü partlayış baş verib  |     16:39 Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb  |     16:31 Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? - VİDEO  |     16:28 İlin son gününün havası açıqlandı - PROQNOZ  |     16:26 Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib  |    

Azərbaycanda “donuz qripi” var? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda 16 nəfərdə donuz qripinin aşkarlanması barədə məlumatlar yayılıb.

Median.Az
bununla bağlı Səhiyyə Nazirliyinin rəsmi mövqeyini və aparılan diaqnostik təhlillərin nəticələrini öyrənib.

“Azərbaycanda “donuz qripi” yoxdur. Siz zəng vuranda mən Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi ilə danışırdım. Təşkilat bir daha bəyan etdi ki, Azərbaycanda “donuz qripi” yoxdur. Bir daha qeyd edirəm ki, sərhədlərimizdə termokameralar quraşdırılıb və sərhədi keçən istənilən şəxsdə temperatur yüksək olduğu təqdirdə dərhal o saxlanılır, tibbi məntəqədə analiz nümunələri götürülür və yoxlanılır”, - nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov rəsmən bəyan edib.

P.Əbubəkirovun sözlərinə görə, Azərbaycanda “donuz qripi” Respublika Taun Əleyhinə Stansiyada yoxlanılır. Bunun üçün stansiya lazımi reaktivlərlə təmin edilib:

“Bu günə qədər stansiyada mindən çox adamdan nümunə götürülüb və onlardan heç birində H1N1 virusu aşkarlanmayıb”.

Nazirlik rəsmisi qeyd edib ki, hansısa əlamətdən şübhələnən şəxslər həkimə müraciət edərək, bu stansiyada yoxlana bilər və analizlər tam pulsuzdur. Hazırda Azərbaycanda qeydə alınan xəstəliklərə gəlincə, bu, mövsümi xarakter daşıyan qripdir və bəzi hallarda vaxtında müraciət etmədikdə ağırlaşmalar yaradır.

Nazirlikdən həmçinin bildirilib ki, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında “donuz qripi” xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb, onlar hazır vəziyyətə gətirilib, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib.

Sərhəd keçid məntəqələri hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlarla təchiz edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasında xüsusi təhlükəli yoluxucu xəstəliklərə, o cümlədən, taun, tulyaremiya, qarayara, bruselyoz, “quş qripi”, “donuz qripi”, ebola və digər infeksiyalarla mübarizə tədbirləri Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyası tərəfindən həyata keçirilir.

Respublika Taun Əleyhinə Stansiyası 1934-cü ildə təsis olunub və onun əsas fəaliyyət istiqaməti ölkədə mövcud olan taunun təbii ocaqlarında profilaktik tədbirlərin həyata keçirilməsi olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 991 31.01.19 18:20