Rusiyanın Həştərxan şəhərindəki klublardan birində işləyən 30 yaşlı azərbaycanlı DJ qonaqlardan birini qarət edib.
Median.Az Astrakhan-24.ru portalına istinadən xəbər verir ki, klubun ziyarətçilərindən biri olan qız tanışlıq üçün onu evinə dəvət edib.
Evdə olan zaman azərbaycanlı həmin qızın telefonundan öz hesabına beş min rubl köçürüb.
Səhər isə oğlan yeni tanışının planşetini götürüb və qaytaracağını vəd edib. Ancaq o, qaceti 1500 rubla satıb. Azərbaycanlı prokurorluqda verdiyi ifadədə bütün pulları öz ehtiyacları üçün xərclədiyini deyib.
Faktla bağlı cinayət işi başlanılıb.