Milli Məclisin deputatı Əsabil Qasımovun 29 yaşlı oğlu Elçin Qasımovun İsveçrədə ölümünün detalları məlum olub.
Median.az-ın BAKU.WS-ə istinadən verdiyi məlumata görə, Elçin Qasımov yüksək təzyiqdən vəfat edib. Belə ki, xizəklə sürüşmək üçün yüksəkliyə qalxan 29 yaşlı gəncin qəfildən burnundan qan açılıb.
Ona ilkin yardım göstərilərək hadisə yerinə təcili yardım helikopteri çağırılıb. Lakin onun hıyatını xilas etmək mümkün olmayıb. O, helikopterdə dünyasını dəyişib.
Allah rəhmət eləsin!