Paytaxtda “peraşki” və digər xəmir məhsulları satılan bir sıra obyektlərdə anti-sanitariya hökm sürür. İşçilərin əllərində əlcək yoxdur, qab-qaşıq bərbad haldadır. Bu şəraiti görən bu yerlərdən nəsə aldığına peşman olar.
Median.Az xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı süjet hazırlayıb.
Əhalinin sıx olduğu yerlərdə təşkil edilən bu “bazar” təmizlik qaydalarından və tələblərdən xeyli uzaqdır.
Ən əsas problem “peraşki” qızartmaq üçün istifadə edilən yağın tez-tez dəyişdirilməməsidir.