Türkiyə polisi Karamanda keçirdiyi əməliyyat zamanı aralarında azərbaycanlı olan üç nəfəri saxlayıb.
Median.Az “Sabah” qəzetinə istinadən xəbər verir ki, polisə daxil olan məlumatda Türkiyə vətəndaşı 21 yaşlı Şevval Öykü G. və 47 yaşlı azərbaycanlı Ülkər A.-nın fahişəlik etdiyi bildirilib.
Onlar qaldıqları evdə yaxalanıb. Keçirilən əməliyyat zamanı onları bu işə cəlb edən 54 yaşlı Yüksəl G. da saxlanılıb.
Saxlanılan şəxslər Karaman dövlət xəstəxanasında tibbi müayinədən keçdikdən sonra polis bölməsinə aparılıb.