Dünyada 220 milyon işsizin 33 faizi gənclərdir, işləyən dörd gəncdən üçü isə qeyri-rəsmi məşğulluqla bağlıdır. Gənclər arasında işsizliyin yüksək olması isə sosial inkişafı pozan əsas amillərdən biridir.
Təhsil nazirinin müavini İdris İsayevin sözlərinə görə, Azərbaycan əhalisi yaş strukturuna görə cavandır, ona görə də gənclərin məşğulluq bazarına çıxışında onların təhsili mühüm yer tutur.
“Təhlillər göstərir ki, Azərbaycanda təhsil sistemi ilə əmək bazarında uyğunsuzluq var. Hazırlanan kadrlar işəgötürənlərin tələblərinə cavab vermir, bu isə uçurum yaradır. Peşə ixtisası ilə bağlı problemlər var və bu sahə gənclərin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Müasir iqtisadi çağırışlara cavab verən kadr hazırlığı strateji yol xəritəsində də öz əksini tapıb. Hazırda təhsil proqramlarının işəgötürənlərin tələbinə uyğunlaşdırılması prosesi gedir”.
İ.İsayevin açıqladığı rəqəmlərə görə, məzunların işlə təminatında turizm 62.3%, informatika texnologiyaları 60%-ə yaxın yer tutur.//oxu.az