""Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi bu ilin ikinci yarısında istifadəyə veriləcək".
Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, yeni mübadilə mərkəzi Bakıda ilk olacaq: "Bu mərkəzdə tibb məntəqəsi, kitabxana, ana-uşaq otağı yaradılacaq.
Bundan başqa, burada sürücülərin tibbi müayinəsi, sürücülərin istirahət yerləri də yaradılacaq. Növbəni təhvil verən sürücü tibbi müayinədən keçiriləcək və növbəti iş saatlarına qədər istirahət edəcək. Bu mərkəz tam bir nümunə olacaq. Bu ilin ikinci yarısı mərkəz istifadəyə veriləcək".