İmişli rayonunda 3 uşaq anası intihar edib.
Median.Az Report-a istinadən xəbər verir ki, rayon sakini, 1992-ci il təvəllüdlü Nərmin Mansur qızı Quliyeva yaşadığı evin həyətindəki yarımçıq tikilidə özünü asaraq intihar edib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım stansıyasının briqadası cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə yerləşdirilib.
İyirmi altı yaşlı qadının hansı səbəbdən intihar etməsi məlum deyil, onun 3 uşaq anası olduğu bildirilir.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.