Bu qaydalara əməl etməyən sürücülərin maşını duracağa aparılacaq - Növbəti xəbərdarlıq » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:08 Azər Zahid ev dustaqlığına buraxıldı  |     13:50 Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq  |     13:11 Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb  |     13:09 Avro 2 manatı keçdi - 4 ildən sonra  |     13:08 Culfa rayonunun bir kəndində qaz kəsiləcək  |     13:08 Lionel Messi "İnter Mayami"dən ayrılmaq istəyir  |     13:07 Qəbələdə dağlıq ərazidə hündürlükdən yıxılan şəxs xilas edildi - VİDEO  |     13:06 SAXAL: "İranın ballistik raketlərinin 86 faizi ələ keçirilib"  |     13:04 Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     12:59 Bakıda tarixi binanın dam örtüyü uçdu - VİDEO  |     12:52 Lukaşenko Belarus xalqını hökumətə dua etməyə çağırıb  |     12:46 Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını açıqlayıb  |     12:14 Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəmə prosesi başlayıb  |     12:06 Finaldan sonra birjada çöküş: İnvestorlar məşhur serialla bağlı şirkətləri tərk edirlər  |     11:54 "Qarabağ" "Zalsburq"la oynayacaq  |     11:46 DTX dövlətə xəyanətdə şübhəli bilinən şəxsi həbs etdi  |     11:42 OMON-çular tərəfindən Rusiyada öldürülən Səfərov qardaşları dəfn edildilər  |     11:29 İran prezidenti Xankəndiyə səfər edəcək  |     11:22 Bakıda qayınata kürəkənini lomla döydü  |     23:01 Bakıda məşhur ət bazarı bağlanır  |    

Bu qaydalara əməl etməyən sürücülərin maşını duracağa aparılacaq - Növbəti xəbərdarlıq

Yaxın günlərdə Bakı şəhərinin inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması prosesinə başlanılacaq.

Bakı Nəqliyyat Agentliyi bunu nəzərə alaraq bir daha sürücüləri dayanma, durma və parklanma qaydalarına əməl etməyə çağırır.

Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır.

Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Həmin qərar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 576 18.01.19 14:06