İtkin düşən məktəblinin atası: Oğlum dindardır, Kərbəladan təzə gəlmişdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 DİN-də yeni təyinat  |     22:22 Bu şəhərlər 2050-ci ilə qədər su altında qalacaq  |     22:10 Dənizkənarı Milli Parkı idarə edən şirkət ləğv olunur  |     21:57 Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu - FOTO  |     21:44 "e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq  |     21:19 Yol polisindən sürücülərə müraciət  |     21:03 Gürcüstan müxalifətinin prezident seçkilərini pozmaq planları açıqlanıb  |     20:24 Bakıda pullu qulaqsındırma xidməti: Gənclər niyə özünü şikəst edirlər? - QİYMƏTLƏR (FOTO)  |     19:52 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     19:47 21 həftəlik hamilə qadın evdə abort etmək istədi, ölümdən döndü  |     19:32 Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  |     19:31 Zəngilan, Ağdam və Cəbrayıl rayonları ərazisində salınan yaşıllıq sahələrinin həcmi açıqlanıb  |     19:19 "Milan" futbolçusu üçün 50 milyon avro tələb edir  |     18:56 Rusiya qoşunları Ukraynada daha bir yaşayış məntəqəsi ələ keçirib  |     17:09 Pensiya pulunu birdəfəlik almaq mümkün olacaq - 2026-dan  |     16:41 Bakıda bank kartından 6000 manat oğurlayan şəxs saxlanıldı  |     16:37 SOCAR-a yeni səlahiyyət verildi - SƏRƏNCAM  |     16:20 Dövlət Sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı  |     15:46 Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq  |     15:37 Suriyada yoxa çıxan hüquq müdafiəçisinin işgəncə ilə öldürüldüyü məlum olub  |    

İtkin düşən məktəblinin atası: Oğlum dindardır, Kərbəladan təzə gəlmişdi

Cəlilabad rayonunda 11-ci sinif şagirdi Hüseynov Oruc Atif oğlu itkin düşüb. Dekabrın 8-də evdən çıxan məktəbli bir daha geri qayıtmayıb. Atif Hüseynov 18 gündür ki, övladından xəbərsizdir. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilsə də, məktəblinin harada olduğu bilinmir.

Median.Az
-ın xəbərinə görə, Atif Hüseynov Azvision.az -a bildirib ki, oğlu Orucun heç bir problemi olmayıb, onun hansı səbəbdən evi tərk etməsi qaranlıq qalır.

“Nə məktəbdə, nə də evimizdə problem olub. Oruc evin tək oğludur, həmişə ona qayğı ilə yanaşmışıq. Biz normal ailəyik, problemimiz olmayıb. Həmçinin aramızda heç bir narazılıq olmayıb. Oxuduğu məktəbin müəllim və şagirdlərindən izahat alınıb. Hələ nəticə yoxdur. Hadisə altıncı gün olub. Mən usta işləyirəm. Oruc şənbə-bazar günlərində mənə kömək edirdi. İşdən çıxandan sonra pul verdim ki, oğlum, evə çörək və digər ərzaq al, mən də gəlirəm. Evə bazarlıq edib anasına verib, sonra evdən çıxıb. Beş dəqiqədən sonra evdən zəng ediblər, telefonuna zəng çatmayıb. O gedən gedib".

Atasının dediyinə görə, itkin düşən oğlu dindardır. Araşdırma zamanı məlum olub ki, O. Hüseynov ölkə xaricinə çıxmayıb.

"Bir adam demir ki, mən onu filan yerdə görmüşəm. Kimə salam veribsə, polis onlardan izahat alıb. Sanki buxarlanıb, yoxa çıxıb. Bir Allah bəndəsi onu avtobusa, maşına minən yerdə, yol keçəndə görməyib. Oğlum bir anın içində yoxa çıxıb. Sevdiyi qız yox idi, olsa da, bizə deməzdi. Abır-həyalı uşaqdır. Dostlarının hamısını tanıyıram, dindar uşaqlardır. Oğlum özü də dindardır, bir dəfə Kərbəlada, iki dəfə Məşhəddə olub. Kərbəladan təzə gəlmişdi”, - deyə A. Hüseynov bildirib.

O. Hüseynovu görənlərdən aşağıdakı nömrə ilə əlaqə saxlamaları xahiş olunur: 051 546 52 23
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 317 27.12.18 14:01