Çinli qız “Sarı gəlin” mahnısını ifa edib - VİDEO
Artıq neçə illərdir ki, İsveçdə xaricilərə piano dərsi keçən Vüsalə Bağırovanın çinli tələbəsi Amber Azərbaycanın xalq mahnısı olan “Sarı gəlin” mahnısını ifa edib.
Median.Az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.
Çinli tələbə öz təəssüratlarını bölüşüb.
“Vüsalə müəllim bizə bütün dünya musiqilərinin tarixindən və ölkələrin milli geyim mədəniyyətindən də əlavə məlumat verir. Azərbaycan milli geyimini gördükdən və musiqisini eşitdikdən sonra mən məhz bu geyimdə “Sarı gəlin” mahnısını konsertdə ifa etmək istədim və bunu etdim. Çox da alqış aldım”.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!