DYP -dən "Whatsapp"-dakı səs yazısı ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Cəlilabadda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı  |     22:31 Məhkəmədə Kəlbəcərin işğalı zamanı ermənilərin mülki əhalini atəşə tutması ilə bağlı ifadə verilib  |     22:22 Boşanmadan sonra kredit borcunu kim ödəməlidir?  |     22:17 Magistraturanın SABAH qrupları ləğv olunur  |     22:09 9 uşaq bağçası açılacaq  |     22:03 13 yaşlı "ağ" haker "Microsoft"a necə kömək edir?  |     21:57 Ermənistan Rusiyaya nota verdi  |     21:52 Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi  |     21:45 "Range Rover"i içkili idarə etdi, məhkəməyə gəlmədi - Cəza verildi  |     21:39 Pulsuz dərman 80 manata... - TƏBİB Əməkdar artistə cavab verdi  |     21:31 Süni intellekt 18 il övlad sahibi ola bilməyən qadının hamilə qalmasına kömək etdi  |     21:25 Sabiq rəis elektron qolbaqda gəzəcək  |     21:16 "Reo-Med Tibb Mərkəzi"də yoxlama - Pozuntular aşkarlandı  |     21:11 Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı  |     21:04 Tramp yeni gömrük rüsumları ilə bağlı məktubları ölkələrə nə vaxt göndərəcək?  |     20:59 Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? (VİDEO)  |     20:51 Okeanlarda milyon illər əvvəl baş vermiş hadisə təkrarlana bilər?  |     20:45 Andrey Bədəlov pəncərədən yıxılaraq öldü  |     20:37 Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT (VİDEO)  |     20:30 Faktiki hava açıqlandı  |    

DYP -dən "Whatsapp"-dakı səs yazısı ilə bağlı AÇIQLAMA

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Whatsapp sosial şəbəkəsində sürücülərdən biri tərəfindən yayılmış səs yazısına münasibət bildirib.

V.Əsədov bildirib ki, barəsində səs yazısı yayılan Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Ələkbərov daim ərazidə olan, xidmətdə fərqlənən rəislərdən biridir: "Bu səsi yayan şəxs isə, ümumilikdə, yol polisinin fəaliyyətinə kölgə salmağa çalışır. Əgər onun əlində fakt varsa, görüntünü, foto və videonu da götürüb rəsmi qaydada müraciət edərdi. Görünür, qayda pozub, cərimə edilib, bu üzdən də guya yol polisini ləkələməklə qisas almağa çalışır”.

Vaqif Əsədov deyib ki, səs yazısı DYP rəhbərliyinin göstərişi ilə araşdırılıb və deyilənlər təsdiqini tapmayıb: "Bir daha deyirəm, bunu sübut edəcək faktlar varsa, gətirib təqdim etsin, araşdırıb tədbir görək. Amma gizlin şəkildə səs yaymaqla heç bir nəticə əldə etmək mümkün deyil. Birincisi, sürücünün iddia etdiyi ərazilərdə hazırda təmir gedir və buna görə də orada onsuz da hərəkət sürəti aşağıdır. Bundan başqa, həmin yolun istifadəyə verilən hissəsi bir neçə zolaqdan ibarətdir və burada heç kim heç kimin yolunu kəsə də bilməz. Digər tərəfdən, Cavanşir Ələkbərovun 005 nömrəli avtomobili yoxdur. Hazırda idarə etdiyi avtomobil isə başqa modeldir və ağ rəngdədir”.

Qeyd edək ki, Whatsapp-da yayılan səs yazısında Cavanşir Ələkbərovun ünvanına sərt ittihamlar səslənir. Səs yazısını yayan sürücü bildirir ki, həmin sürücü özü də daxil olmaqla bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 nömrəli "Toyota Camry” markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbləşərək onu sağdan ötür. Guya 005 nömrəli maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır. Buna isə rəis özü göstəriş verir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 923 30.11.18 13:17