Yağışlı hava şəraiti ilə əlaqədar gecə saatlarında paytaxt ərazisində üç yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə oxu.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, sürücülər kəskin hava şəraitini nəzərə almayaraq, sürəti artırdıqları üçün qəzalar qeydə alınıb:
“Paytaxtın müxtəlif istiqamətlərində maddi zərərlə nəticələnən üç yol nəqliyyat hadisəsi baş verib: iki nəqliyyat vasitəsinin toqquşması və bir də avtomobilin yüksək sürət səbəbindən yol kənarındakı manelərə çırpılması. Qəza nəticəsində ölüm faktı qeydə alınmayıb”.