Bakının məşhur restoranlarından birində toy zamanı gözlənilməz hadisə baş verib.
Bəyin keçmiş sevgilisi olduğu iddia edilən gənc qadın toyun keçirildiyi restorana daxil olaraq gəlinin masasına kimi irəliləyib.
Gəlinə yaxınlaşan kimi söyüşlə onun saçından tutaraq yolmağa, silkələməyə başlayan qadını restorandan güclə çıxarıblar. Hər kəsi şoka salan bu hadisədən sonra gəlin gözyaşları içində restoranı tərk edib, toy gəlinsiz davam edib.
Bütün bunların şahidi olan əməkdar artist Yusif Mustafayev “Bizimləsən”də danışıb.//milli.az