Qızlarının “xəstə” ilə nikah bağlamasını istəmirdilər - Əlil gəncin hekayəsi (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |     13:57 Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?  |     13:56 "Turan Tovuz" klubunun insult keçirən baş menecerinin SON VƏZİYYƏTİ  |     13:48 Azərbaycana QIŞ GƏLDİ  |     13:44 Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?  |     13:24 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     13:12 Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi  |     23:04 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb  |     22:48 Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib  |     22:40 Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI  |     22:35 Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib  |     22:29 Türkiyə gələn il üçün müdafiə sənayesinə rekord məbləğdə vəsait ayırır  |     22:22 Neftçalada motosiklet kanala düşüb, ölən var  |     22:17 Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır  |    

Qızlarının “xəstə” ilə nikah bağlamasını istəmirdilər - Əlil gəncin hekayəsi (FOTO)

Bakının mərkəzi “Park Bulvar” ticarət-əyləncə mərkəzinə gələn hər kəs heç olmasa bir dəfə bu oğlanla qarşılaşıb:

Tanış olun – “Park Bulvar”ın təmizlik xidmətinin əməkdaşı, ikinci qrup əlil Xaqani Əliyev

Doğulduğu andan uşaq serebral iflici sindromundan əziyyət çəkən gülərüz bakılı yeddi ildir hər gün işə gələrək, mərkəzin üçüncü mərtəbəsində nəzakətlə masaların təmizliyinə riayət edir. 

Onun gözləri çox şeyi deyir. Bu gözlərdə sevgi və hüzün var, mənə elə gəlirdi ki, o, ətrafdakılara nəsə demək istəyir. Bu günlərdə onunla söhbət etmək qərarına gəldim. 

“Elə hallar olur ki, kimlərsə mənə gözlərində nifrət və kədərlə baxıb. Bəziləri hətta məndən qorxur. Ancaq onlarla ünsiyyətə başlayanda həmin şəxslər başa düşür ki, mənim ürəyim onlarınkından daha şövqlə döyünür”, - oğlan deyib. 

Yəqin ki, Xaqani öz təcrübəsində məşhur “Böyük Getsbi” kinofilmindəki ifadələri sınaqdan keçirib: “Heç bir dini və irqi fərq sağlam və xəstə insanlar arasındakı fərqdən böyük ola bilməz”

Gəncin sözlərinə görə, onun həyatı anasının bətnində ikən dəyişib. 

BAŞLANĞIC

“Anam mənə hamilə olanda büdrəyib və pilləkəndən yıxılıb. Həkimlər uzun müddət bizim həyatımız üçün mübarizə aparıb. Allaha şükürlər olsun ki, anam sağ qaldı, ancaq mən bu sindromla doğuldum. Uşaq olanda cəmiyyətlə heç bir problem yaşamırdım, çünki əlillər üçün xüsusi məktəbdə təhsil alırdım. Mənim özüm kimi insanlarla əhatə olunmuşdum. Vaxt keçdikcə, bu tendensiya dəyişdi. Həyat əsl üzünü mənə göstərməyə başladı. Xəstə insanları ələ salmağı xoşlayan şəxslərlə qarşılaşdım. Bu, çox ağrılı idi”, - müsahibimiz qeyd edib. 

Bu sarsıntılar, həyatın, cəmiyyətin münasibəti Xaqanidə öz mənəvi gücünü ətrafdakılara nümayiş etdirmək üçün stimul yaradıb. O, iş üçün mümkün olan hər yerə müraciət edir, ancaq əbəs yerə... İşə götürənlər “xəstə” oğlanı qəbul etmək istəmirlər. 

“Bir müddət də keçdi və məni müsahibəyə çağırdılar. “Park Bulvar”da məni dərhal sevdilər. Çoxdan gözlədiyim işimə qovuşdum. İlk bir neçə il gecə növbəsində çalışdım. Sonra məni gündüz növbəsinə keçirdilər. Məhz gündüz növbəsi həyatımı kökündən dəyişdi. Hətta təntənəli toy mərasimində özümü bəy kimi belə təsəvvür etməzdim, ancaq necə deyərlər, tale...”

TOY

İş-ev, ev-iş: Xaqaninin həyatı belə keçirdi, ancaq bir gün o, kafelərdən birində aşpaz kimi çalışan gözəl qıza rast gəldi. Əlbəttə, o düşünürdü ki, sağlamlığı məhdud olan oğlanın bu qıza özünü sevdirmək üçün heç bir şansı yoxdur. Ancaq o, sınadı.

Xaqani nəinki onunla tanış ola, həmçinin dostluq münasibətləri qura bildi. Qız gündən-günə onun içindəki yeni, xoş və işıqlı guşələri kəşf edirdi və artıq Xaqaninin xəstəliyinin onun üçün əhəmiyyəti qalmamışdı. 

Onlar ailə qurmaq qərarına gəldilər. Klassik melodramlarda, əsasən, burada “happy end”i ifadə edən titrlər gedir. Ancaq qəhrəmanımız üçün belə olmadı. Əsas çətinliklər bundan sonra başladı.

“Həyat yoldaşımın ailəsi ilə dil tapmaq mənim üçün çətin idi. Onlar deyirdilər ki, qızlarının “xəstə” ilə nikah bağlamasına imkan verə bilməzlər. Ancaq mən təslim olmadım. Başa düşürdüm ki, vaxt gələcək və onlar mənə qarşı bu münasibətlərinə görə peşman olacaqlar. Çox istəyirdim ki, onlar məni sevsinlər. Qız mənə görə hər kəsə qarşı çıxdı. O, hər şeyi özü etdi. Bir sözlə, biz birlikdə sevgimiz uğrunda mübarizə apardıq”, - Xaqani deyir. 

Xaqani və sevgilisinin 2016-cı ildə təntənəli toy mərasimi olub. Mərasimə, demək olar ki, ticarət mərkəzinin xidmət personalından rəhbərliyə qədər bütün işçi kollektivi qatıldı. 

Zamanla qızın valideynləri Xaqanini öz kürəkənləri kimi qəbul etdi. Bu gün onlar Xaqanini çox sevirlər. Cütlüyün iki yaraşıqlı, sağlam oğlan övladı var. 

Xaqaninin həyat tarixçəsi əfasanəvi Koko Şanelin fikirlərinin həqiqiliyini sübut edir: “Canlı eybəcər ola bilməz”


P.S. Qeyd etmək istərdik ki, bu məsələdə “Park Bulvar” ticarət əyləncə mərkəzinin digər işə götürənlərdən fərqli olaraq, gənc oğlana şans verməsi və eyni zamanda, onun həyatını kökündən dəyişdirməyə kömək etməsi nümunəvi haldır.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 054 25.10.18 17:13