Məktəblərdə yenilik - Jurnal və gündəliklər ləğv oluna bilər (VIDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |     13:57 Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?  |     13:56 "Turan Tovuz" klubunun insult keçirən baş menecerinin SON VƏZİYYƏTİ  |     13:48 Azərbaycana QIŞ GƏLDİ  |     13:44 Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?  |     13:24 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     13:12 Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi  |     23:04 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb  |     22:48 Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib  |     22:40 Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI  |     22:35 Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib  |     22:29 Türkiyə gələn il üçün müdafiə sənayesinə rekord məbləğdə vəsait ayırır  |     22:22 Neftçalada motosiklet kanala düşüb, ölən var  |     22:17 Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır  |     22:13 “Euronews”da Naxçıvanın qış turizmi tanıdılıb - FOTO  |    

Məktəblərdə yenilik - Jurnal və gündəliklər ləğv oluna bilər (VIDEO)

Elektron jurnal layihəsi gerçəkləşsə, bütün məktəblərdə jurnal və gündəliklər ləğv oluna bilər! Valideynlər məsafədən asılı olmayaraq övladının təhsil müsəssisəsindəki hər addımını izləyə biləcək.

Median.Az 
bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Xaçmaz sakini Cəmil Əlizadənin təqdim etdiyi layihə Təhsil Nazirliyi tərəfindən artıq müsbət rəyini alıb. Elektron jurnal proqramı valideyn və müəllim arasında birbaşa kommunikasiya yarada biləcək.

Layihə tətbiq olunan təhsil müəssələrində valideynlər mobil telefon vasitəsi ilə məlumatlar ala biləcəklər. Bura qiymətləndirilmə ilə yanaşı davamiyyət və davranışla bağlı məlumatlar və statistika aiddir.

Cəmil Əlizadə bildirir ki, elektron jurnalla işləyən müəllim istədiyi zaman həftəlik, aylıq, illik statistik rəqəmləri bir düyməni basmaqla hesablaya bilər. Həmçinin valideynlər də sistemə daxil olaraq yalnız öz övladları haqqında ən xırda detalları, aylıq, illik statistik rəqəmləri öyrənə bilərlər.

Qeyd edək ki Cəmil Əlizadənin ali təhsili yoxdur. O, yalnız ideyanı irəli sürüb. Bu işdə ona proqramçı və infoqrafika üzrə peşəkarlaşmış dostları köməklik edir.

İstedadlı gənclər Şimal regionunda keçirilən startap layihənin birincisi olub. Hazırda onlar respublika mərhələsinə hazırlaşırlar. Proqram bu müsabiqədən də müsbət rəy alsa, ümumtəhsil müəssələrində tətbiq oluna bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 020 24.10.18 16:10