Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalara başlanılıb.
BŞİH-dən verilən məlumata görə, hazırda Bakı Şəhər Prokurorluğunun və BŞİH-in əməkdaşları birlikdə maliyyə işləri üzrə yoxlama aparır.
Qeyd edək ki, dünən “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad edilib.
Xatırladaq ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov bir müddət əvvəl qızı Aysel Şükürovanın toyuna 400 min dollar xərcləməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi.