Taksidə siqaret çəkənlərə kim nəzarət edəcək? » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:56 Azərbaycanda vəzifəli şəxs külli miqdarda QIZILLA TUTULDU  |     21:21 Dünyada autizm halları niyə artır?  |     21:00 Həkim Yeni il günü spirtli içki qəbul etmə qaydalarından danışdı  |     20:50 Paşinyan nazirliklərin xidməti avtomobillərinin sayını azaldır  |     20:31 DİN bayram günlərində azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib  |     20:30 Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar  |     19:34 "Taliban" əfqan qadınların işlədiyi bütün QHT-lərin bağlanacağını bəyan edib  |     19:17 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayı artırılır  |     18:57 Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur  |     18:47 Bu il Azərbaycanda 43.5 dərəcə isti, 22 dərəcə şaxta qeydə alınıb  |     18:28 Bakı metrosu yeni il gecəsi saat 2-yə qədər işləyəcək  |     18:12 Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib  |     17:41 Ordubadda ağır qəza: Altı nəfər xəsarət aldı  |     17:35 Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb  |     17:32 İmtahan qrafiki bayramdan sonra açıqlanacaq  |     17:14 Təyyarəmizə eniş izni verməyən dispetçer dindirildi - VİDEO  |     17:02 Günəşdə iki güclü partlayış baş verib  |     16:39 Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb  |     16:31 Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? - VİDEO  |     16:28 İlin son gününün havası açıqlandı - PROQNOZ  |    

Taksidə siqaret çəkənlərə kim nəzarət edəcək?

Məlum olduğu kimi, Milli Məclisin (MM) payız sessiyasının dünən keçirilən ilk plenar iclasında İnzibati Xətalar Məcəlləsinə mühüm dəyişikliklər edilib.

Belə ki, məcəllənin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə 5-ci bənd əlavə olunub.

Əlavə edilən bənddə qeyd olunub ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.

Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə, onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə nəzərdə tutulub.

Həmçinin, taksidə siqaret çəkən şəxslər cərimələnəcəklər.

İnzibati Xətalar Məcəlləsinə edilən növbəti dəyişikliyə əsasən, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün məhsulları, o cümlədən siqaret çəkənlər 40 manatdan 50 manata qədər məbləğdə cərimələnəcəklər.

Bəs görəsən, nəzarət funksiyasını hansı qurum və necə həyata keçirəcək?

Bununla bağlı Oxu.Az-a açıqlamasında millət vəkili Musa Quliyev bu funksiyanı yol polisinin həyata keçirəcəyini bildirib:

“Bildiyiniz kimi, biz dünən Məcəlləyə müvafiq dəyişiklikləri qəbul etdik. İndi onun imzalanaraq, hüquqi qüvvəyə minməsi qalır. Yəni, cənab prezident İlham Əliyev həmin qanunu imzaladıqdan sonra bu yöndə nəzarət funksiyasını hansı qurumun həyata keçirəcəyi dəqiq bilinəcək. Ancaq çox böyük ehtimalla bu funksiya Dövlət Yol Polisinə veriləcək. Çünki dünya təcrübəsində belədir ki, bu məsələlərə nəzarəti daha çox yol polisləri həyata keçirir.

Bu baxımdan, bizdə də bu təcrübədən istifadə edilməsi daha çox gözlənilən və ehtimal olunandır. Kimlər ki, qanunvericiliyin tələblərini pozacaqlar, o zaman qanunauyğun şəkildə cəzalandırılacaqlar”, - deyə M.Quliyev əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 257 02.10.18 13:32