Baş nazir sərəncam imzaladı - İSTİ HAVA İLƏ BAĞLI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:27 ABŞ müharibə dövründə Ukraynaya 65,4 milyard dollar yardım ayırıb  |     21:56 Azərbaycanda vəzifəli şəxs külli miqdarda QIZILLA TUTULDU  |     21:21 Dünyada autizm halları niyə artır?  |     21:00 Həkim Yeni il günü spirtli içki qəbul etmə qaydalarından danışdı  |     20:50 Paşinyan nazirliklərin xidməti avtomobillərinin sayını azaldır  |     20:31 DİN bayram günlərində azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib  |     20:30 Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar  |     19:34 "Taliban" əfqan qadınların işlədiyi bütün QHT-lərin bağlanacağını bəyan edib  |     19:17 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayı artırılır  |     18:57 Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur  |     18:47 Bu il Azərbaycanda 43.5 dərəcə isti, 22 dərəcə şaxta qeydə alınıb  |     18:28 Bakı metrosu yeni il gecəsi saat 2-yə qədər işləyəcək  |     18:12 Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib  |     17:41 Ordubadda ağır qəza: Altı nəfər xəsarət aldı  |     17:35 Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb  |     17:32 İmtahan qrafiki bayramdan sonra açıqlanacaq  |     17:14 Təyyarəmizə eniş izni verməyən dispetçer dindirildi - VİDEO  |     17:02 Günəşdə iki güclü partlayış baş verib  |     16:39 Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb  |     16:31 Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? - VİDEO  |    

Baş nazir sərəncam imzaladı - İSTİ HAVA İLƏ BAĞLI

Baş nazir Novruz Məmmədovhavaların kəskin isti keçməsi ilə əlaqədar sərəncam imzalayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin verdiyi məlumata görə, sərəncamda qeyd edilir ki, 2018-ci il 4, 5, 6, 7 iyul tarixlərindən hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar dövlət hakimiyyət orqanları, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisə, idarə, təşkilatların, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərinin rəhbərlərinə tapşırılsın ki, Əmək Məcəlləsinin 233-cü maddəsinin ikinci hissəsinin və həmin Məcəlləyə 2 nömrəli əlavənin 1-ci hissəsinin tələblərinə ciddi riayət etməsini təmin etsinlər.

Əmək Məcəlləsinin 233-cü maddəsinin ikinci hissəsinə əsasən, İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

Əmək Məcəlləsinə 2 nömrəli əlavənin 1-ci hissəsində qeyd edilir ki, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir. (APA)
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 862 04.07.18 14:53