Gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakı Metropolitenində sərnişinlər həyəcanlı anlar yaşayıb.
Goldnews.az-a daxil olan videogörüntülərdə sərnişinlərin qaranlıq metro tunellərindən stansiyalara doğru irəliləyərək çıxmağa çalışmaları əks edilib. Kadrlarda baş verən hadisədən sonra huşunu itirən sərnişinlərin olduğu da əks olunub.
Qeyd edək ki, iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat əsasən bərpa olunub.