Deputat turistlərdən şikayətləndi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur  |     22:47 Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi  |     22:41 Ərdoğan Mirzoyanı qəbul edəcək  |     22:27 Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto  |     22:18 Qəbələdə 3 nəfər güllələnib, onlardan ikisi ölüb  |     22:09 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:56 İsrail XİN başçısı HƏMAS lideri Sinvarın öldürüldüyünü təsdiqləyib  |     21:47 Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər  |     21:39 Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib  |     21:30 Sabahın havası ilə bağlı daha birXƏBƏRDARLIQ  |     21:19 Aİ-dən Ukrayna ilə bağlı çağırış  |     21:15 Baş Prokurorluq Vyanada COP-la bağlı tədbir keçirdi  |     21:07 DİQQƏT: Vəzifədə çalışmaq istəyənlərə ŞANS VERİLDİ  |     20:52 Baş Prokurorluq: 2020-ci il oktyabrında ermənilər Gəncəni “Smerç” və “Elbrus” raketləri ilə vurub  |     20:45 Qocalmanın altında yatan yeni mexanizm kəşf edildi  |     20:40 Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı  |     20:30 Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu artırdı  |     20:19 Lütvəli Babayevin biznesmen oğlu Türkiyəyə QAÇIB: İki milyonluq yeyintidə HƏBSLƏR VAR  |     19:52 Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib  |     19:35 XİN: "Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub"  |    

Deputat turistlərdən şikayətləndi

Azərbaycana daxil olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı müddətin dəyişdirilməsi Milli Məclisin (MM) son iclasında müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə Miqrasiya Məcəlləsinin 21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə dəyişiklik edilməsi ilə bağlı layihə təqdim olunub.

Layihəyə əsasən, artıq Azərbaycanda 10 gündən yox, 15 gündən artıq müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınmalıdırlar.

Millət vəkili Elmira Axundova isə dəyişikliklə bağlı çıxışında bunları deyib:

“Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlişinə qadağa və məhdudiyyətlər nəzərdə tutan 16-cı maddənin 1.8-ci bəndində əvvəllər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qanunvericiliyini pozduğuna görə iki və daha çox inzibati məsuliyyətə cəlb olunduqda onların ölkəyə girişinə qadağa və məhdudiyyətlər tətbiq olunurdu.

Amma indi təklif olunan dəyişiklikdə isə qeyd olunur ki, həmin inzibati məsuliyyətə görə tətbiq edilən cəriməni ödədikdə bu qadağa götürülür. Buradan belə çıxır ki, ölkəmizə gələn əcnəbilər yaşama qaydalarını pozduğu halda müəyyən məbləğdə cərimə ödəyərək yenə də burada qalıb istədiyi davranışı davam elətdirə bilər.

Bəzi xaricilər üçün bu məbləği ödəmək elə də çətin olmayacaq. Bu halda belə liberallaşma neqativ halların çoxalmasına gətirib çıxarmayacaqmı?”

Millət vəkilinin sözlərinə görə, onsuz da mətbuatda, xüsusən də sosial şəbəkələrdə bəzi xarici turistlərin bizim ölkəmizdə özlərini artıq dərəcədə sərbəst aparmasına dair, xoşagəlməz hərəkətlərinə dair (məsələn, xanımlarımıza qarşı) çoxsaylı şikayətlər və etirazlar nəzərə çarpır:

“Mənə elə gəlir ki, bu maddəyə bir əlavə də etmək lazımdır ki, əgər hansısa əcnəbi artıq bir dəfə cərimələnib və ikinci dəfə yaşama qaydalarını pozubsa, onu respublikamızın hüdudlarından kənara çıxarmaq məqsədəuyğun olardı. Yoxsa, ancaq cərimələrlə kifayətlənsək, neqativ hallar çoxala bilər”.

Layihə sonra geniş müzakirələr açılmadan səsə qoyularaq qəbul edilib.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 154 29.06.18 15:59