2017-ci ildə dövlət büdcəsindən elmə ayrılan vəsait məlum oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:21 Dünyada autizm halları niyə artır?  |     21:00 Həkim Yeni il günü spirtli içki qəbul etmə qaydalarından danışdı  |     20:50 Paşinyan nazirliklərin xidməti avtomobillərinin sayını azaldır  |     20:31 DİN bayram günlərində azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib  |     20:30 Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar  |     19:34 "Taliban" əfqan qadınların işlədiyi bütün QHT-lərin bağlanacağını bəyan edib  |     19:17 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayı artırılır  |     18:57 Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur  |     18:47 Bu il Azərbaycanda 43.5 dərəcə isti, 22 dərəcə şaxta qeydə alınıb  |     18:28 Bakı metrosu yeni il gecəsi saat 2-yə qədər işləyəcək  |     18:12 Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib  |     17:41 Ordubadda ağır qəza: Altı nəfər xəsarət aldı  |     17:35 Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb  |     17:32 İmtahan qrafiki bayramdan sonra açıqlanacaq  |     17:14 Təyyarəmizə eniş izni verməyən dispetçer dindirildi - VİDEO  |     17:02 Günəşdə iki güclü partlayış baş verib  |     16:39 Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb  |     16:31 Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? - VİDEO  |     16:28 İlin son gününün havası açıqlandı - PROQNOZ  |     16:26 Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib  |    

2017-ci ildə dövlət büdcəsindən elmə ayrılan vəsait məlum oldu

2003-cü ildə dövlət büdcəsindən elmə ayrılan xərclər 16,6 milyon manat idisə, 2017-ci ildə bu rəqəm 6,6 dəfə artaraq 109,8 milyon manat olub.

Bu sözləri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının internet səhifəsində verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkədə gənclərin ali təhsilə kifayət qədər yiyələnməsinə imkan verən dövlət və qeyri-dövlət təhsil müəssisələrinin çoxşaxəli şəbəkəsi yaradılıb:

“2017/2018-ci tədris ilinin əvvəlinə Azərbaycanın təhsil sistemində 39 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərib və onlarda 167677 tələbə ali təhsil alıb ki, bu da 2003/2004-cü tədris ili ilə müqayisədə 38,0 faiz artım deməkdir.

Bu dövr ərzində sosial-iqtisadi həyatda baş verən dəyişikliklər elmi müəssisələrin fəaliyyətinə də öz təsirini göstərib.

Təsadüfi deyil ki, bu müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi işinə çox böyük diqqət göstərilir, elmi tədqiqatların iqtisadiyyatla uzlaşması üçün konkret addımlar atılır. Əgər 2003-cü ildə dövlət büdcəsindən elmə ayrılan xərclər 16,6 milyon manat idisə, 2017-ci ildə bu rəqəm 6,6 dəfə artaraq 109,8 milyon manat olub.

2017-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 135 elmi təşkilat və müəssisə fəaliyyət göstərib. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 22 mindən çox mütəxəssis məşğul olur ki, bu da 2003-cü illə müqayisədə 31,0 faiz çoxdur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 285 12.04.18 13:18