Bakıda 21 yaşlı gənc müəmmalı şəkildə yoxa çıxıb.
Xəzər rayonu, Türkan qəsəbə sakini 1996-cı il təvəllüdlü Balabəyov Balabəy Azər oğlu 31 mart tarixində işlədiyi "Şah petrol" yanacaqdoldurma məntəqəsinə işə gedib. Səhəri gün - 1 apreldə iş yerindən atasına zəng vurub, aglayaraq borcu olduğunu deyib. Daha sonra müdiri ata ilə danışaraq oğlunun 431 manat kəsiri olduğunu bəyan edib.
Atası oğlunun operator vəzifəsində çalışdığı Xətai rayonu, Günəşli qəsəbəsində yerləşən “Şah petrol” yanacaqdoldurma məntəqəsindən yoxa çıxdığını iddia edir və oğlunun itkin düşməsində yanacaqdoldurma məntəqəsinin müdirini günahlandırır.
Balabəyin atası Azər Balabəyov oğlunun itkin düşməsilə bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsində ərizə yazıb. Balabəy Balabəyovun itkin düşməsi ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən axtarış elan olunub.
Tanınmış jurnalist Afət Rahilqızı gəncin müəmmalı şəkildə yoxa çıxmasının səbəblərini araşdırıb. Yaxınlarının açıqlamalarını bu gün saat 12.50-də ARB TV-də yayımlanan “Afət Rahilqızı ilə çıxış yolu” proqramında izləyə bilərsiz./baku.ws